“Yaxın günlərdə bələdiyyə seçkiləri elan ediləcək” - MSK sədri

 11:20 11.10.2019     244

Bu ilin dekabrın ikinci yarısında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Redaktor.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, yaxın günlərdə seçkilər elan ediləcək: “1606 bələdiyyəyə 15 mindən artıq üzv seçilməsi gözlənilir”.

MSK sədri bildirib ki, dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır.//Apa.az