24 cinayətin üstü “isti izlər”lə açılıb - DİN

 11:01 12.10.2019     1223

Oktyabrın 11-dən 12-dək Azərbaycanda törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən