Daş bazarında dava — Ucuz satdığı üçün döyüldü

 21:31 12.10.2019     156

Gəncədə yük avtomobillərin sürücüləri arasında dava olub.

Redaktor.az qafqazinfo-ya istiandən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda olan Daş bazarında qeydə alınıb.

Belə ki, Göygöl rayon Yeni Qızılça kənd sakini, "KAMaz" sürücüsü Elvin Səttarov başqa bir yük avtomobili sürücüsü Sənan adlı şəxs tərəfindən döyülüb. E.Səttarov xəstəxanaya aparılıb. Məlumata görə, davaya səbəb döyülən sürücünün mişar daşını digərlərinə nisbətən ucuz satmsı olub.

Faktla bağlı araşdırm aparılır.