Bu rayonlarda qaz təchizatında FASİLƏLƏR YARANACAQ

 09:53 14.10.2019     299

Bakının Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İB-dən Redaktor.az-a verilən məlumata görə, bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu zaman “Puta” qaz paylayıcı stansiyası  ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.