Sumqayıtda 16 yaşlı qızı maşın vurub

 10:30 14.10.2019     387

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Babayeva Jalə Aydın qızını avtomobil vurub. Vəziyyəti ağır olan 16 yaşlı qız Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.//Apa.az