İmişlidə iki avtomobil toqquşub - Ölən var

 12:37 14.10.2019     521

İmişli rayonun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az-ın məlumatına görə, “VAZ 2106” markalı avtomobillə “Ford tranzit” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobildə olan sərnişin, Xubyarlı kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədov Hafiz Qərib oğlu aldığı xəsarətdən İmişli rayon xəstəxanasında ölüb. 

Faktla bağlı araşdırma aparılır.//Apa.az