Ağcabədidə toyda qətl törədən şəxsə 17 il həbs cəzası verilib

 14:30 14.10.2019     1757

Ağcabədidə toy məclisində qətl törətməkdə təqsirləndirilən Qurban Qurbanzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Redaktor.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Qurbanzadə 17 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il Ağcabədidə “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində baş verib. 1990-cı il təvəllüdlü Qurban Qurbanzadə qonşusu, 1978-ci il təvəllüdlü Zaur Sadıqovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.//Apa.az