Qazaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb

 15:21 14.10.2019     353

Qazaxda yol qəzası olub.

Redaktor.az-ın məlumatına görə, minik avtomobilinin aşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Qəza nəticəsində xəsarət alanlar - 2011-ci il təvəllüdlü Əliyeva Tamara Yaşar qızı, 2016-cı il təvəllüdlü Əliyeva Aysu Yaşar qızı, 1988-ci il təvəllüdlü Əliyeva Aytən Məhərrəm qızı və Əliyev Yaşar Həmid oğlu xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.//Apa.az