Sumqayıtda nənə və nəvəni maşın vurub

 16:30 14.10.2019     346

Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, yolu keçmək istəyən piyadalar - 1952-ci il təvəllüdlü Əhmədova Raisa Antonovna və onun nəvəsi, 2005-ci il təvəllüdlü Əhmədova Natella Hidayət qızını avtomobil vurub. Hər iki piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.//Apa.az