Tanınmış jurnalistdən Feysbuk adminlərinə MÜRACİƏT - "Dəstək olun, ağıllarını başlarına gətirək”

 13:36 16.10.2019     394

Rus və ya digər dillərdə “Dağlıq Qarabağın Azərbaycanlı icması”, “Ermənilərə qarşı informasiya savaşında qalib gəlmək”, “Tural Gəncəliyev” sözlərinə qarşı filtr tətbiq olunub.

Redaktor.az bildirir ki, bu barədə jurnalist Sənan Nəcəfov məlumat verib.

S. Nəcəfov qeyd edib ki, bu, olduqca ciddi məsələdir:

“Tural Gəncəliyevin rus dilində verilən açıqlamasının linkini dostlardan birinə göndərmək istəyirdim. Rus dilində verilən məqalədə İcma rəhbəri ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir. “Facebook” bu xəbəri göndərməyimi blokladı. Linkdə olan materialı bir daha oxudum. Nə dini, nə etnik, nə milli zəmində ayrıseçkilik, nə terrora çağırış, nə soyqırım tələbi var idi”.

S. Nəcəfov bununla bağlı “Facebook” adminlərinə müraciət ünvanlayıb:

“Səbirsizliklə cavab gözləyirəm. Deyəsən, “Facebook”la yeni çəkişməm başlayır. Sonuna qədər bu işin arxasındayam. Bu sözlərə qarşı filtr aradan qalxmayınca, “Facebook” rəsmi üzr istəməyincə, əl çəkən deyiləm. Dəstək olun, ağıllarını başlarına gətirək”.

Firuzə Vahid / REDAKTOR.AZ