Milli Şuranın mitinqinə razılıq verilib

 13:28 16.10.2019     209

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Redaktor.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.