Yevlaxda yol qəzası baş verib

 20:56 16.10.2019     299

Yevlax rayonunda yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayon mərkəzində 2 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və OKA markalı iki minik avtomobili toqquşub. OKA-da olan sərnişin, 2001-ci il təvəllüdlü Ramin Rəsulzadə xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.