Kərəm Həsənov işdən ÇIXARILDI

 15:19 23.10.2019     7237

Azərbaycan Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi haqqında fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, beləliklə Əmlak Məsələləri Dövlət Komitəsi müstəqil qurum kimi ləğv olunub. Beləliklə qurumun sədri Kərəm Həsənov da işdən azad edilmiş sayılır.

Onun səlahiyyətlərini İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərəcək əmlak məsələləri üzrə qurumda təmsil olunub-olunmayayacağı haqqında sərəncam yoxdur.