BNA: Problem yaranan işıqforların əksəriyyətinin işi bərpa edilib

 13:37 01.11.2019     408

"Görülmüş operativ tədbirlər nəticəsində fəaliyyətində texniki səbəbdən problem yaranan işıqforların əksəriyyətinin işi bərpa edilib".

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Xəbərə görə, hazırda dörd kəsişmədə işıqforların işində çətinlik var və onların da bərpası istiqamətində iş aparılır.

"Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar", - deyə BNA-nın məlumatında bildirilir.