"Müxalifət də yenilənməlidir" - Azər Qasımlı

 13:00 06.11.2019     166

ReAL Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə noyabrın 5-də keçirilmiş dəyirmi masaya münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, o, dəyirmi masaya münasibətinin müsbət olmadığını deyib:

"Mən hesab edirəm ki, bu gün Azərbaycan siyasətinə yeni fikirli insanlar, yeni formatlar və bu cəmiyyəti irəli apara bilən adamlar lazımdır. Biz cəmiyyət, xalq olaraq iqtidara alternativ olduğumuzu göstərməliyik. Pis bir şeyi başqa pis bir şeylə əvəzləməyin mənası yoxdur".

A. Qasımov bildirib ki, hakimiyyətlə yanaşı, müxalifət də yenilənməlidir:

"Hər şey yenilənməlidir. Xüsusən müxalifətin yenilənmə şansı daha çoxdur. Yeni nəsil gəlir deyirik. ReAL-da da bir çox insan yeni nəslin nümayəndəsidir və onlar irəlidə siyasi meydana siyasətçi kimi atıla biləcəklər. Mənim buna şübhəm yoxdur. Amma İlqar Məmmədovun partiyasından belələri çıxmayacaq".//Apa.az