Bakıda 68 yaşlı qadın dəm qazından boğulub

 13:53 06.11.2019     232

Bakıda mənzildən meyit aşkarlanıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, S.Kərimova dəm qazından boğulub.