Rusiya XİN: Suriyada neft sahəsində ABŞ-la əməkdaşlıq etməyəcəyik

 14:15 06.11.2019     379

“Rusiya Suriyada neft sahəsində ABŞ-la əməkdaşlıq etməyəcək. Neft Suriya xalqının milli sərvətidir”.

Redaktor.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin deyib. 

“Burada söhbət Suriya xalqının milli sərvətindən gedir. Əminik ki, məhz Suriya xalqı neft də daxil olmaqla, digər təbii zənginliklərinə sahib çıxmalıdır”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, “Associated Press” mənbəyə istinadən ABŞ Prezidenti Donald Trampın Suriyanın şərqində neft yataqlarının təhlükəsizliyinin qorunması məqsədi ilə bu ölkəyə hərbi missiya göndərmək qərarına gəldiyi barədə xəbər yayıb.//Apa.az