Arif Hacılı özünə 14 müşavir TƏYİN ETDİ

 16:30 06.11.2019     232

Müsavat Partiyasının başqanı Arif Hacılı özünə 14 müşavir təyin edib.

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası başqanı Arif Hacılı bu gün imzaladığı sərəncamlarla öz müşavirlərini təyin edib.

G. Aslanlı bildirib ki, Müsavat başqanının müşavirlərinin sayının çox olmasını rayon təşkilatlarının daha da güclənməsi və fəallaşması istiqamətində atılan addımdır.  

Müsavat Partiyası başqanı Arif Hacılı bu gün imzaladığı sərəncamlarla Azər İsmayıl, Baha Mikayılov, Cahangir Əmirxanlı, Dadaş Əhmədli, Elman Həsənli, Əlikram Xurşidov, Fariz Cəfərli, Füzuli Cərullayev, Mərdan Mehdili, Niyaz Nəsir, Ramazan Əliyev, Sevda Səfərəliyeva (Laçınlı), Yusif Mehdi, Vaqif Davud müşavir təyin edilib.//Apa.az