Gələn ilin dövlət büdcəsində xərclərin həcmi builkinə nisbətən artacaq

 17:25 06.11.2019     1792

“Büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir”. 

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, ilin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir:

“2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir”.//Apa.az