İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb

 19:27 06.11.2019     311

İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər, M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.