Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar bəzi neftçilərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

 19:07 06.11.2019     188

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamla Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Əliyev Ağasəf Dünyamalı oğlu

Qurbanov Rəhman Əlisgəndər oğlu

Məmmədov Aqil Nəcəfəli oğlu.