Bakıda 40 min dollarlıq brilyant oğurlandı

 20:43 09.11.2019     1249

Bakı sakini zərgəri ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilib ki, 48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.

Qadın noyabrın 6-da V.Vəliyev adlı zərgərin onun üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)