Sumqayıt sakini 5 mərtəbəli binanın damından yıxılaraq ölüb

Sumqayıtda ölüm hadisəsi baş verib.
Redaktor.az-ın apa-ya istinadən məlumatına görə, şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Şəhər sakini 1970-ci il təvəllüdlü Melikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə, o, damda göyərçin saxlayırmış. İ.Melikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb.
O, hadisə yerində ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.