Bakıda yataqxanada yanğın olub

 09:14 10.11.2019     375

Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb.

FHN-dən Redaktor.az verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.