FHN Zaqatalada baş verən yanğınla bağlı məlumat yaydı

 14:18 10.11.2019     298

Fövqəladə Hallar Nazirliyi bu gün Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Redaktor.az nazirliyə istinadən xəbər verir ki, ümumi sahəsi 900 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.