Goranboyda dəhşətli yol qəzası: 6 nəfər yaralıdır / FOTO

 19:52 10.11.2019     691

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın report-a istnadən məlumatına görə, “Hyundai” markalı avtomobillə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlardan beşinin şəxsiyyəti müəyyənləşdirilib.

Onlar - Məmmədov Hüseyn Nizami oğlu (1990), Məmmədova İlhamə Nizami qızı (1983), Məmmədova Svetlana Yadulla qızı (1957), Əliyev Elnur Nəriman oğlu (1988) və Əliyeva Tamam Məmməd qızıdır (1960).

Yol-nəqliyyat hadisəsində xəsərat alanların üçü bir ailənin üzvüdür.