Binəqədidə evdən külli miqdarda pul və qızıl oğurlayan şəxs saxlanılıb

 17:16 11.11.2019     179

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat, 2300 ABŞ dolları, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.