Zərdabda ata oğlunu bıçaqlayıb

 18:48 11.11.2019     251

Zərdabda ata oğlunu bıçaqlayıb.

Redaktor.az-ın xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. /apa/