Seçkiləri müşahidə etmək üçün Avropa Şurasına və 15 ölkəyə dəvət göndərilib

 11:25 12.11.2019     1012

“Adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur”.

Redaktor.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O bildirib ki, MSK Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərib:

“Çünki adətən, bələdiyyə seçkilərində onlar müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır”.

Komissiya sədri qeyd edib ki, 15 müxtəlif ölkənin MSK-na da dəvət göndərilib:

”Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.