Parlamentdə Ağsu aşırımına vəsait ayrılması təklif edilib

 13:53 13.11.2019     3828

“2020-ci ilin büdcə layihəsi ümümdünya inkişaf tempinə yaxındır. Bütün bunlar ölkə başçısının iradəsi sayəsində mümkün olub”. 

Redaktor.az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib. 

Deputat bildirib ki, 2023-cü ilə qədər dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait azalıb: “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilədəkr azalıb? Bəlkə biz Dağlıq Qarabağ müharibəsini udmuşuq? Büdcədə sosial sahəyə daha çox yer ayrılır. Lakin müdafiə məsələlərində diqqətli olmalıyıq”. 

T. Kərimli Ağsu aşırımına vəsait ayrılmasını təklif edib: “On illərdir, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar cehiz aparmaq üçün kilometrlərlə piyada yol getməlidir?”  

Bununla yanaşı, deputat maliyyə amnistiyasının verilməsini, Azərbaycan dilinə aid elmi tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.//Apa.az