MTRŞ ölkə Prezidentinə müraciət edib

 13:07 13.11.2019     290

Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının mohkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var:

“Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümümrespublika yayımçısı var idi, indi isə 12 ümümrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.//Apa.az