Bakıda ata oğlu və gəlini tərəfindən döyülüb

 16:58 13.11.2019     275

Bakıda döyülmə hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Azərbaycan Texniki Universitetinin yataqxanasında qeydə alınıb. Orada yaşayan məcburi köçkün, 1976-cı il təvəllüdlü Ceyhun Məmmədov oğlu və gəlini tərəfindən döyülüb.

Müxtəlif bədən xəsarətləri alan Ceyhun Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Apa.az