"Ləki-Qəbələ dəmir yolunun tikintisi davam edir" - Cavid Qurbanov

 17:04 13.11.2019     233

"Ləki-Qəbələ dəmir yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir. Hazırda torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir".

Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

C. Qurbanov yolun gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacağını bildirib.

Lakin Prezident İlham Əliyev yolun yay mövsümünə kimi istifadəyə verilməsinin vacibliyini vurğulayıb:

"Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız".//Apa.az