Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

 18:23 13.11.2019     199

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. 

Redaktor.az-ın məlumatına görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur. 

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.