Gəncə sakininin iki avtomobili YANDIRILIB

 17:45 13.11.2019     242

Gəncədə avtomobil yandırılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin “DOS-6”, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Sultan Əliyevə məxsus minik avtomobili və sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusu yandırılıb. Bir neçə ay əvvəl də eyni hadisə ilə üzləşən zərərçəkən hadisənin qəsdən törədildiyini iddia edir və tapılaraq məsuliyyətə cəlb olunmasını istəyir.

Zərərçəkənin müraciəti əsasında Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

Hələlik şübhəli kimi saxlanılan yoxdur.//Apa.az