Gəncədə qadın xurma ağacından yıxılaraq ölüb

 19:11 13.11.2019     280

Gəncədə qadın ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacından yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /apa/