BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

 20:55 13.11.2019     291

BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Matuq Azərbaycana səfərə gəlib.

Redaktor.az xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.

Səfər çərçivəsində Abdullah əl-Matuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.

Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.