ATV-nin aparıcısına VƏZİFƏ VERİLDİ - FOTO

 11:33 16.11.2019     1637

ATV-nin aparıcısı, tanınmış telejurnalist Ariz Tarverdiyevə yeni vəzifə verilib.

Redaktor.az bildirir ki, aparıcı bu baradə "Facebook" hesabında məlumat paylaşıb. Jurnalist "AzerGold" QSC-nin mətbuat katibi təyin olunub. A.Tarverdiyevin sözlərinə görə, o, bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb:

"Dostlar, təbrik və xoş sözlərinizə görə təşəkkür edirəm. Mənə etimad göstərib dövlətin aparıcı şirkətlərindən olan "AzerGold" QSC-nin mətbuat katibi vəzifəsinə təyin etdiklərinə görə şirkət rəhbərliyinə təşəkkür edirəm. Uzun illər çalışdığım, doğma ATV kananılın rəhbərliyinə və kollektivinə də xüsusi diqqət və anlayışa görə minnətdaram. ATV mənim üçün hər zaman doğma bir yer kimi qalacaq".

Qeyd edək ki, A.Tarverdiyev "ATV Xəbər" və "ATV Aktual" ictimai-siyasi verilişinin aparıcısı olub.

2