Şamaxıda zəncirvari QƏZA - Yaralananlar var

 13:59 16.11.2019     348

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. Belə ki, 56-BF-696 və 90-CB-155 dövlət nömrə nişanlı iki "VAZ-2107" markalı və 90-UU-187 dövlət nömrə nişanlı bir "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı sakinləri, 1959-cu il təvəllüdlü Pənahov İbadulla Beydulla oğlu və 1992-ci il təvəllüdlü Heydərov İsmayıl Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.