“Azəriqaz” qazanxalara qaz verməyə başladı

 19:30 16.11.2019     327

“Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu olduğu və buna görə də  “Azəristiliktəchizat”ın qazanxanaları təbii qazla təmin edə bilmədiyi haqda mətbuatda xəbərlər yayılmışdı.

Redaktor.az unikal.org-a istinadən xəbər verir ki, məsələnin ciddiliyini nəzərə alan SOCAR rəhbərliyi əhalinin soyuqdan əziyyət çəkməməsi üçün dərhal tədbir görərək   “Azəristiliktəchizat”a verilən təbii qazı təmin edib. 

Xatırladaq ki, hər il noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalar “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilməlidir.

Lakin “Azəristiliktəchizat” təbii qaz təminatını həyata keçirən  “Azəriqaz”a olan borc öhdəliyini yerinə yetirmədiyi üçün bu kimi problemlər yaranır.