Gəncədə ana və 9 yaşlı oğlu dəm qazından zəhərləniblər

 22:50 16.11.2019     360

Gəncə şəhərində ana və övladı dəm qazından zəhərlənib.

Redaktor.az-ın verdiyi xəbərə görə, hadisə şəhərin Ozan küçəsində baş verib. İlkin məlumata görə Gəncə şəhər sakinləri 34 yaşlı Gülnaz Tahirova və onun 9 yaşlı oğlu Rəsul Tahirov dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)