Sumqayıtda avtomobil marketə çırpılıb

 23:11 16.11.2019     364

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın apa-ya istinadən məlumatına görə, qəza şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarında yerləşən marketin giriş qapısına çırpılıb. Qəza nəticəsində marketin qapısı yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.