Bakıda ağır qəza - Xəsarət alan var

 10:43 17.11.2019     869

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Redaktor.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarb. Yaralı aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.