Bakıda azyaşlı qıza təcavüz edən şəxslə bağlı YENİ XƏBƏR

 19:39 17.11.2019     1409

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Yaşar Rzayevin cinayət cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Redaktor.az  “oxu.az”a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.

Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Y.Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza - F.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.