Azərbaycanda istehsal olunan ən təmiz meyvə şirələri - VİDEO

 12:35 18.11.2019     9011

“Az-Granata” MMC-nin meyvə şirələri və şərab emalı zavodu Cənubi Qafqazın ən böyük istehsalçısıdır. 

Redaktor.az bildirir ki, 2011-ci ildə Ağsu şəhərində inşa edilən zavod 14 hektar sahəni əhatə edir.

“Az-Granata”ya məxsus olan meyvə bağlarında yetişdirilən üzüm və nar, həmçinin əhalidən digər adda məhsullar müəssisənin ilkin emal xəttində qəbul edilir.

Zavod mövsüm ərzində 10 min ton meyvə və 5 min ton üzüm qəbulu, saatda 12 ton meyvə şirəsi istehsalı gücündədir.

Meyvə şirələrinin uzun müddət saxlanıldığı sexdə xüsusi aseptik çənlər quraşdırılıb. Xüsusi texnika ilə sıxılan meyvə şirələri bu çənlərdə saxlanılır. Bu çənlər məhsula heç bir mikraorqanizimin daxil olmasına imkan vermir.

“Az-Granata” MMC istehsal etdiyi məhsulların keyfiyyətinə xüsusi nəzarət edir. Bu baxımdan zavodda ən müasir tələblərə cavab verən labaratoriya qurulub.

Daha ətraflı videoda: