Yeni vəzifəyə təyin olunan Novruz Məmmədov kollektivə TƏQDİM OLUNUR
Bu dəqiqələrdə, keçmiş Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universiretinin prorektoru təyin olunması ilə bağlı sözügedən təhsil ocağında tədbir keçirilir.
Redaktor.az xəbər verir ki, məqsəd yeni prorektoru universitetin rəhbər və müəllim heyyətinə təqdim etməkdir.
N. Məmmədovu kollektivə universitetin rektoru Kamal Abdulla təqdim edir.
Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyindən heç bir səlahiyyətli şəxs iştirak etmir.
Əlavə edək ki, Novruz Məmmədov bu vəzifəyə ötən gün təyin olunub.