Göygöldə kişi meyiti tapılıb
Göygöldə dərədən kişi meyiti aşkarlanıb.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Bildirilir ki, meyit 1977-ci il təvəllüdlü İmanov Vüqar Behbud oğluna aiddir. Hadisə yerinə hüquq-mühaizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində heç bir zorakılıq əlamətlərinə rast gəlinməyib. Mərhumun ruhi-əsəb xəstəsi olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. /apa/