Neft-qaz sahəsində fəaliyyəti olanların icbari tibbi sığorta üzrə HAQLARI

 18:07 25.11.2019     893

Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olan və olmayan şəxslərin icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 min manatadək (8 min manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1  faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi; 

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan  tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 min manatadək ( 8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşir.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.