Gəncədə zəncirvari yol qəzası: Xəsarət alanlar var

 18:15 25.11.2019     2096

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan BMW “VAZ” markalı iki avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Apa.az