Paytaxtda 160 saylı marşrut avtobusu qəza törətdi - Bir nəfər həlak oldu

 19:51 25.11.2019     1851

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə bü gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /apa/